02 iyul 2025 17:35
138

Tramp Nyu-Yorku "xilas" edəcəyini VƏD EDİB

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək mer seçkiləri ərəfəsində Nyu-Yorku “xilas etmək” və onu yenidən “böyük” etmək niyyətini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, Truth sosial şəbəkəsində yazıb.

“Mən Nyu-Yorku xilas edəcəyəm və onu ABŞ-da etdiyim kimi yenidən isti və möhtəşəm edəcəm”- deyə Tramp qeyd edib.

O, həmçinin merliyə namizədlərdən birini “kommunist dəlisi” adlandırıb və ona şəhəri “dağıtmağa” imkan verməyəcəyinə söz verib.

"Məndə bütün rıçaqlar və bütün kartlar var", - deyə, ABŞ prezidenti vurğulayıb.