Bu ilin yanvar-iyun ayları ərzində 46 min 437 uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş olunub.
Bu barədə "İki sahil"ə fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müavinət ödənişləri 21 min 765 qız, 24 min 672 oğlan uşağına görə aparılıb.