Pentaqon "Abrams" döyüş tankının zirehini modernləşdirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, "Defence News" bi müddət öncə Pentaqonun tankı modifikasiya etmək planları haqqında yazmışdı. Ehtimal edilirdi ki, tankın yeni modifikasiyası daha yüngül olacaq və "yüksək texnologiyalı imkanlarla" təchiz ediləcək, bu da onun döyüşdə sağ qalma qabiliyyətini artıracaq.
Bildirilir ki, ABŞ zireh və yuxarı yarımkürənin əlavə qorunması üçün xüsusi örtükdən istifadə etmək planını qəbul edib.