Azərbaycan Respublikasl Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Şabran rayonunda baş tutub.
“İki sahil” İstehsalat Birliyin istinadən xəbər verir ki, qurum rəhbəri Şabran, Xaçmaz və Quba rayonlarından qəbula üz tutan 26 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kəndlərə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO