Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala bu gün Münhenə qayıtdıqdan dərhal sonra əməliyyat olunacaq.
“İki sahil” "Sky Sport Germany"yə istinadla xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi klublararası dünya çempionatının 1/4 finalında PSJ (Fransa) ilə görüşdə (0:2) ciddi zədə alıb.
Almaniyalı futbolçunun birinci hissənin sonunda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşma nəticəsində ayağı sınıb. Hadisədən sonra futbolçu meydandan xərəkdə çıxarılıb.
Qeyd edək ki, daha əvvəl 22 yaşlı yarımmüdafiəçiyə sol fibula sınığı və bağların zədələnməsi diaqnozu qoyulduğu və 4-5 ay ərzində meydana çıxmayacağı bildirilirdi.