Klublararası dünya çempionatında İngiltərənin “Çelsi” və Braziliyanın “Fluminense” klubları arasında keçiriləcək yarımfinal matçı üçün biletlərinin qiyməti 35 dəfədən çox ucuzlaşıb.
“İki sahil” “The Athletic”ə istinadən xəbər verir ki, 72 saat əvvəl 473,9 dollar qiyməti olan standart biletlərin qiyməti 13,4 dollara düşüb.
Bunun, stadionda satılan yeməklərin (15 dollar) və içkilərin (14 dollar) qiymətindən də aşağı olduğu bildirilib.
Qeyd edək ki, “Çelsi” “Fluminense” ilə iyulun 8-də qarşılaşacaq.