Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİCS sammiti çərçivəsində baş tutub.
Bildirilir ki, görüşdə ikitərəfli siyasi və iqtisadi məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlıq müzakirə edilib.