08 iyul 2025 14:51
128

SOCAR-ın əmlak, tikili və avadanlıqlarının dəyəri 97 %-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əmlak, tikili və avadanlıqlarının dəyəri 55,466 milyard manat təşkil edib.

"İki sahil" SOCAR-ın maliyyə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 96,6 % çoxdur.

SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.