Misilsiz zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır.
“İki sahil” xəbər verir ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra sürətli şəkildə aparılan bərpa quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb.
Azad Laçın doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini təqdim edirik:
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları başlayıb
Lənkəran şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib