Meksikadakı Çako kanyonunda tapılan petroqlif XI əsrin Günəş tutulmasını təsvir edir.
AZƏRTAC runews24 saytına istinadla xəbər verir ki, 1992-ci ildə tapılan qədim qayaüstü şəkildə dəyirmi obyekt və insanlar təsvir olunur. Alimlər uzun sürən tədqiqatlardan sonra daşlar üzərindəki işarələri oxuya biliblər. Məlum olub ki, petroqlif 1097-ci ildə baş verən tam Günəş tutulmasını təsvir edir.
Bundan əlavə, kanyonda digər astronomik hadisələri, o cümlədən 1066-cı ildə Halley kometinin görünməsini təsvir edən petroqliflər də aşkarlanıb.