10 iyul 2025 22:26
129

UEFA Avropa Liqası: "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.