10 iyul 2025 20:50
150

UEFA Avropa Liqası: "Sabah" hesabda önə keçib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele" ilə matçda "Sabah" hesabda önə keçib.

“İki sahil” xəbər verir ki, Pavol Şafranko dubla imza atıb. Futbolçu 18-ci dəqiqədə penaltidən fərqlənib.

Daha əvvəl P.Şafranko 3-cü dəqiqədə də qola imza atıb. Sloveniya klubundan isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.