Qırğızıstanın prezidenti Sadır Japarov Kütləvi İnformasiya Vasitələrində və ya internetdə həqəqətə uyğun olmayan məlumatların yayılmasına görə cərimələr nəzərdə tutan qanunu imzasıya təsdiqləyib.
“İki sahil” bu barədə Qırğızıstan dövlət başçısının saytına istinadla xəbər verir.
Məlumata görə, cari ilin iyun ayında milli parlament tərəfindən təsdiqlənmiş qanunvericiliyə dəyişikliklər internetdə və ya kütləvi informasiya vasitələrində yalan məlumat yayılmasına görə cərimələrin tətbiqini nəzərdə tutur. Belə hallarda fiziki şəxslər məhkəmə qərarı ilə 20 min som (təxminən 228 ABŞ dolları), hüquqi şəxslər isə 65 min som (təxminən 742 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.
Qeyd edilir ki, qanunun məqsədi informasiya təhlükəsizliyini təmin etmək və vətəndaşların obyektiv, doğru məlumat əldə etmək hüquqlarını qorumaqdır.