11 aprel 2026 12:58
102

Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində - Tver və Krasnodar diyarındakı neft bazasına və neft kəmərində nəqli təmin edən stansiyaya zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.

"Rusiya gecə saatlarında hücuma məruz qalıb. Tver şəhərinə zərbələr endirilib. Orada, xüsusən də, neft bazaları yerləşir. Həmçinin Rusiyanın Krasnodar diyarında "Krımskaya" neft kəməri stansiyasına hücum edilib", – A.Kovalenko yazıb.

O, bunun həftə ərzində həmin neft kəmərində nəqli təmin edən stansiyaya endirilən ikinci hücum olduğunu qeyd edib.