13 iyul 2025 12:14
123

Firmino karyerasını Qətərdə davam etdirəcək

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı hücumçu "Əl-Sədd"də çıxış edəcək.

Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının formasını geyinib. O, 65 matçda 21 qol bə 17 məhsuldar ötürmə ilə yadda qalıb.