Azərbaycan Asiya regionunda uğurlu siyasət yürüdür.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri Henri Jr. Bensurto (Henry Bensurto) açıqlamasında bildirib.
Səfir deyib ki, Azərbaycan hazırda dünyada qlobal güc rolunu gerçəkləşdirir və bunu əhəmiyyətli hesab edir: “Bakıya sonuncu dəfə COP29-da iştirak üçün getmişdim. Orada nümayəndə heyətinin rəhbərini müşayiət edirdim. Bu tədbirdə Azərbaycanın Asiya bölgəsinə göstərdiyi marağı müşahidə etdim.
Azərbaycanın qlobal gücünü artırması siyasəti COP29 daxil olmaqla digər beynəlxalq konfranslar konteksində də həyata keçirilir. Düşünürəm ki, bu doğru istiqamətdir. Azərbaycanın Asiya bölgəsində izlədiyi siyasəti yüksək qiymətləndirirəm”.
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB