Filippinlə Azərbaycan arasında qarşılıqlı Dostluq və Mədəniyyət Günləri keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Filippinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə səfiri Henri Jr. Bensurto (Henry Bensurto) “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
Səfir deyib ki, tədbirləri təşkili etməyi missiyasının bir hissəsi hesab edir: “Ankarada Fillippin-Türkiyə Dostluq Günləri və konsert təşkil etdik. İnsanlarımızın yaxınlaşması, bir-birilərini yaxından tanıması vacib fəaliyyətlərdir, belə mərasimlərin Bakıda da təşkil olunması istiqamətində səylərimiz davam edir”.
Fillipinlə Azərbaycan parlamentlərarası əlaqələrin inkişafında da kordinasiyanı yönəldirdiyini bildirən səfir bu sahədəki əlaqələrin qənaətbəxş olduğunu vurğulayıb.
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB