17 iyul 2025 16:39
147

Rektor BANM-də təhsil almaq istəyən abituriyentlərlə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qəbul imtahanlarında yüksək bal toplayan və BANM-də təhsil almaq istəyən abituriyentlərlə görüşüb.

Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib.

Tədbirdə abituriyentlər- l qrupun birincisi Alı İsmayılov (697.5 bal), Rəhim Fərəczadə (697 bal), Emin İbrahimov (694.5 bal), Tunar Nadirli (692.4 bal), Müzəffər Qoşqarov (691.3 bal), Məryəm Məmmədova (689 bal), İlham Haqverdi ‪ (687.5 bal), Röyalə Bəxtiyarova (685.5 bal), həmçinin ll ‪qrupun birincisi Xədicə İsmayılzadə (680 bal), Mirağa Əliyev (675 bal), Osman Həsənli (673.3 bal), Fuad Cənnətov (673 bal), Polad Hüseynov (671.7 bal) iştirak ediblər.

Rektor uğurlar arzulayaraq, BANM-ı seçdiklərinə görə onları təbrik edib.

Görüşdə ötən ilin Prezident təqaüdçüləri də iştirak edib, öz təcrübələrini abituriyentlərlə bölüşüblər.

Sonda abituriyentlər ali məktəbin maddi-texniki bazası, laboratoriyaları və tədris prosesi ilə tanış olublar. Tədbirdə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak ediblər.