İstəyirik ki, iqtisadi əməkdaşlıq təşkilatı daha güclü olsun, daha effektiv olsun.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
“Əlbəttə ki, biz ölkələrin potensialını da bilirik, daha fəal olanlar var. O qədər də fəal olmayan digər ölkələr daha çox ikitərəfli formata üstünlük verirlər”, - deyən dövlətimizin başçısı bildirib ki, biz çoxtərəfli formatın da işləməsini istəyirik. “Beləliklə, ümid edirik ki, Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bunlar da uğurlu olacaqdır”, - deyə Prezident əlavə edib.
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur