20 iyul 2025 20:02
420

Xəzərdə “Chevrolet” yanıb

Bakı şəhərinin Xəzər rayonunda “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.