21 iyul 2025 09:15
168

Evdəki hansı cihazlar "Wi-Fi"ı ləngidir?

Evdəki "Wi-Fi" ilə bağlı problemlərə tez-tez rast gəlinir.

Bəzi məişət əşyaları modemin sürətini ləngidə bilər.

Məsələn, mikrodalğalı sobalar "Wi-Fi"a müdaxilə edir. Soba söndürülsə belə, modemi metal cihazların, məsələn, soyuducuların yaxınlığında yerləşdirmək düzgün deyil.

Eyni məqam müşahidə kameraları və simsiz stasionar telefonlara da aiddir.

Güzgü də modem üçün yaxşı qonşu deyil. Həmçinin su (məsələn, akvarium) elektromaqnit siqnallarını bloklayır.

"Bluetooth" cihazları və televizorlar da modem üçün təhlükə mənbəyidir. Routeri televizordan ən azı iki metr uzaqlaşdırmaq daha yaxşıdır.

Qeyd olunan qadcetlər "Wi-Fi"ın keyfiyyətinə ciddi təsir göstərə bilər.

Oxu.Az