Azərbaycan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra beynəlxalq məhkəmə instansiyalarında Rusiyaya qarşı iddia qaldırarsa, Moskva rəsmi qərarları gözləyəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bildiyiniz kimi, istintaq hərəkətləri, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, onun haqqıdır. Biz aparılan bütün araşdırmaların və istintaqın rəsmi verdiktləri gözləyəcəyik", - o bildirib.