22 iyul 2025 10:35
109

Qazaxıstanda Özbəkistana neft məhsulları daşıyan cinayətkar qruplaşma ifşa edilib

Beynəlxalq cinayətkar qrup Qazaxıstan və Özbəkistan arasında neft məhsullarının qaçaqmalçılığı üçün yeraltı tunel çəkib.

“İki sahil” Qazaxıstan bürosu Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkənin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində cinayətkar fəaliyyətin qarşısı alınıb.

"Qazaxıstan və Özbəkistan arasındakı sərhəd ərazisində bir qrup şəxs 450 m uzunluğunda yeraltı tunel çəkib. Qanunsuz fəaliyyət iki ay ərzində həyata keçirilib. Bu müddət ərzində cinayətkar qrup xaricdən maliyyələşdirmə, logistika və yanacaq-sürtkü materiallarının çıxarılmasını əhatə edən davamlı qaçaqmalçılıq sxemini qurub", - qurumun məlumatında bildirilib.

Əməliyyat zamanı cinayətkar sxemin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. Beş Qazaxıstan vətəndaşı şübhəli şəxs kimi tanınıb.

Hazırda istintaq başa çatıb, iş məhkəməyə göndərilib.