22 iyul 2025 11:05
134

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib

İyulun 21-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib.

“İki sahil” Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 23 komanda mübarizə aparır.

Qadınların birinciliyinə 12, kişilərin yarışına isə 11 kollektiv qatılıb.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın ilk günündə 8 qarşılaşma baş tutub:

Qadınlar

“Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” 0:2 (16:21, 19:21)

“Milli-2” - “Milli-3” 2:0 (21:14; 21:12)

“Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” 2:0 (21:16, 21:08)

“Xarı Bülbül-2” - “Azərreyl-3” 0:2 (14:21, 02:21)

Kişilər

“Murov Az Terminal-4” - “Xilasedici-1” 1:2 (18:21, 21:14, 08:15)

“Xarı Bülbül-2” - “Azərreyl-2” 0:2 (08:21, 11:21)

“Azərreyl-3” - “Murov Az Terminal-3” 2:0 (21:12, 21:11)

“Azərreyl-1” - “Xilasedici-1” 2:0 (21:09, 21:16)