22 iyul 2025 11:40
198

Husilər İsrail aeroportuna zərbə endiriblər

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin formalaşdırdığı silahlı qüvvələr Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib ki, əməliyyat "hədəfinə çatıb".

"Raket qoşunları Lod hava limanına (Ben-Qurion nəzərdə tutulur) "Fələstin-2" tipli hipersəs ballistik raketlə hücum edərək unikal hərbi əməliyyat həyata keçiriblər", - o, “Al Masirah” telekanalının efirində deyib.