Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişənin Avropanın birləşdirdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Euractiv yazır.
"Ukraynadakı bu dəhşətli münaqişədə yaxşı bir şey varsa, o, bizi, avropalıları birləşdirir", - deyə, Merts Berlində Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.