23 iyul 2025 00:19
143

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası iyulun 25-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasından bildirilib.

Təşkilatdakı diplomatik mənbə qeyd edib ki, Sloveniya, Danimarka, Fransa, Yunanıstan, Koreya Respublikası və Böyük Britaniya Ukrayna məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş ediblər.