23 iyul 2025 12:00
202

Bu ölkədə evlər ancaq...

Dünyada Lesoto adında bir ölkə vardır.  Qara rəngli əhalinin yaşadığı yeganə ölkədir ki, orada  daxmalar ancaq daşdan hörülür.  Bu da ondan irəli gəlir ki, daş burada çox ucuz başa gəlir.  Qaya daşından hər kəsin özü üçün münasib daldalanacaq tikməyə imkanı çatır.

Qaldı ki, belə tikililərin damını örtmək isə olduqca baha başa gəlir.  Bu iş üçün lazım olan qamış çox bahadır. Məhz buna görə də Lesotoda xalq arasında belə bir məsəl vardır: “Varlı  damının böyüklüyü, kasıb isə  daşının çoxluğu ilə tanınar”.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü