Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər.
“İki sahil” "Report"a istinadla xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.
3 saatdan artıq davam etmiş görüşdə 13 nəfər iştirak edib, pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
"İnanıram ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və konstruktiv dialoq ictimai rəyin düzgün formalaşmasına, eləcə də AMB-nin qərarlarının bütün maraqlı tərəflərə dolğun, şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir. Görüşdə iştirak edən və dəyərli fikirlərini bölüşən bütün ekspertlərə səmimi təşəkkürümü bildirirəm", - deyə T.Kazımov görüşün yekunlarını şərh edib.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib