Son 9 ildə yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon ABŞ dolları) gəlir əldə edilib. Bu vəsaitin 94 faizi (1 milyard 592 milyon manatı) ixracdan əldə edilib. Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilmiş gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib.
“İki sahil” xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur. İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib