Ukraynadakı münaqişənin həllinin elementlərindən biri bu ölkənin NATO-ya qoşulmayacağına zəmanət olmalıdır.
“İki sahil” xəbər verir ki, RT-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə analitik bölməsinin keçmiş rəhbəri Corc Bib “Responsible Statecraft” nəşri üçün yazdığı məqalədə deyib.
"Elementlərdən biri Ukraynanın NATO-ya qoşulmayacağına dair konkret təminatlar olmalıdır", - o qeyd edib.
Həmçinin, onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv ölkələrin qüvvələrinin Ukrayna ərazisində olmayacağına dair təminatlar lazımdır.