26 iyul 2025 11:07
128

Çində virus təşvişi artır: 4 mindən çox insan yoluxub

Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində əsas daşıyıcıları ağcaqanadlar olan çikunqunya virusuna yoluxma hallarının sayı son 2 həftədə 4014- ə çatıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Çikunqunya virusu hallarının Çinin cənub əyalətlərində artdığı müşahidə olunur.

Rəsmilər Foşan şəhərində yoluxma sayının son iki həftədə 4 min 14 nəfərə çatdığını bildiriblər. Onların sözlərinə görə, yoluxmaların 90 faizi şəhərin Şunde bölgəsində qeydə alınıb və xəstələr xəstəxanalarda müalicə olunurlar.

Ümumdünya Səhiyyə Təşkilatına görə, ağcaqanad sancması ilə ötürülən çikunqunya virusu qızdırma və oynaq ağrısına səbəb olur.

Nadir hallarda ölümə səbəb olan çikunqunya virusunun müalicəsi üçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.