26 iyul 2025 11:47
120

Rusiyada avtomobil piyadaların üzərinə sürüldü: Ölənlər var

Rusiyanın Tambov şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində üç nəfər ölüb.

Bu barədə regional Dövlət Avtomobil Müfəttişliyi (DAM) məlumat yayıb.

DAM-ın vilayət üzrə idarəsinin rəis müavini bildirib ki, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

İnsidentlə bağlı təfərrüat dəqiqləşdirilir.

Oxu.Az