26 iyul 2025 10:57
120

Türkiyənin iki hərbçisi qızdırmadan vəfat edib

Türkiyədə İsgəndərun Dəniz Alay Təlim Komandanlığında ibtidai hərbi hazırlıq keçən 7 hərbçi qızdırma səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan ikisi bu gün vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, digər 5 nəfərin müalicə davam etdirilir.