26 iyul 2025 23:14
117

Göygöldə avtomobil yanıb

Göygöldə yanğın hadisəsi baş verib.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan avtomobil anidən alışaraq yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb və yaxınlıqdakı avtomobillərə və əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı avtomobilin sürücü 1989-cü il təvəllüdlü E.Allahverdiyev yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.