27 iyul 2025 10:13
123

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib və küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.

İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.