28 iyul 2025 17:25
125

"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb

"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bankın idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Bankın səhmlərinin 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır.