Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (İMF) arasında bərpa olunan enerji və qaz ixracı infrastrukturu barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, bu müzakirələr SOCAR-da İMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlərdən söz açılıb.
O cümlədən bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO