29 iyul 2025 12:45
135

Dövlət Proqramında ilk dəfə Çin universitetlərinə qəbul aparılacaq

Bu ildən etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində ilk dəfə olaraq Çin Xalq Respublikası da qəbul ölkələri siyahısına daxil edilib.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib. Onun sözlərinə görə, bu il qəbul edilən tələbələr arasında Çin universitetlərinə üstünlük verənlər də yer alır.

Turan Topalova, həmçinin qeyd edib ki, Böyük Britaniya, ABŞ və Türkiyə əvvəlki illərdə olduğu kimi bu il də gənclərin ən çox müraciət etdiyi istiqamətlər sırasındadır.