Qazaxıstanın Ekologiya və təbii sərvətlər nazirinin 22 iyul 2025-ci il tarixli əmri ilə “Dövlət milli təbiət parklarında turizm və rekreasiya fəaliyyətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Kazinform” məlumat yayıb.
“Milli parklarda turizm və rekreasiya fəaliyyəti turizm, rekreasiya və məhdud iqtisadi fəaliyyət zonalarında inzibati və təsərrüfat obyektlərinin yerləşdirilməsi, milli parkın mühafizəsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri olan təsərrüfat işlərinin aparılması, ziyarətçilərə xidmət göstərilməsi, o cümlədən həvəskar (idman) balıq ovu, canlılar aləmindən ictimai istifadənin təşkili, rekreasiya mərkəzləri, vəhşi heyvanların yetişdirilməsi və saxlanması üçün sahələr, balıqçılıq təsərrüfatları, mehmanxanalar, kempinqlər, muzeylər və turistlərə xidmət edən digər obyektlərin tikintisi və istismarı, düşərgə dayanacaqları və baxış meydançaları, çimərliklər, qayıq stansiyaları, rekreasiya yüklərinin standartları nəzərə alınmaqla su nəqliyyatı və çimərlik avadanlığının icarə məntəqələrinin təşkili yolu ilə həyata keçirilir”, — deyə sənəddə bildirilir.
Turizm və rekreasiya fəaliyyətinin həyata keçirilməsi üçün milli parkların əraziləri 5 ildən 25 ilədək müddətə uzunmüddətli istifadəyə verilir.
Balıqçılıq təsərrüfatlarının yerləşdirilməsi üçün sahələrin verilməsi dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə bioloji əsaslandırma mövcud olduqda həyata keçirilir.
Milli parklarda turizm və rekreasiya fəaliyyətini bilavasitə milli park, habelə turizm xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Turizm və rekreasiya fəaliyyəti üçün torpaq sahələri dövlət milli təbiət parkının infrastrukturunun inkişafı üzrə ümumi plana uyğun olaraq və yalnız turizm, rekreasiya (yalnız müvəqqəti tikililərin inşası) və məhdud iqtisadi fəaliyyət zonalarında həm mövcud infrastruktur, həm də yeni infrastrukturun yaradılması üçün verilir.
Ərazisində yollar və nəqliyyat vasitələri üçün dayanacaqlar, turizm yolları, turizm marşrutları olan milli parkların torpaq sahələri istifadəyə verilmir.
Milli parklar turizm-rekreasiya fəaliyyətini həyata keçirmək məqsədi ilə milli parkın və xüsusi mühafizə olunan təbiət əraziləri sahəsində səlahiyyətli orqanın rəsmi internet resurslarında turizm potensialı haqqında məlumatlar yerləşdirir.
Milli park ərazilərinin tikinti layihələri üçün uzunmüddətli istifadəyə verilməsi və müvəqqəti obyektlərin yerləşdirilməsi üçün milli park ərazilərinin istifadəyə verilməsi qaydası da təsdiq edilib.
Əmr 2025-ci il avqustun 8-dən qüvvəyə minir.