01 avqust 2025 02:23
145

 Aranın ağzıgöyçəkliyi...

Daşnak tör-töküntülərindən biri olan bu adam bir vaxtlar Ermənistan diplomatiyasına başçılıq edib. O da “erməni xəstəliyi”nin fəal daşıyıcılarından olaraq Türkiyə və Azərbaycana qarşı düşmən təbliğatı aparmaqdan yorulmur. Həm də zərərli təbliğatını xarici ölkələrdə, diaspor təşkilatlarında aparır. Təbliğatının əsas məqsədi türklərə və azərbaycanlılara dərin nifrət aşılamaqdan ibarətdir. Yəni, əqidəcə qaniçən cəllad Zori Balayanın davamçısı olan keçmiş diplomat “müəllim”indən sonra erməni toplumunun başının bəlasına çevrilib.

Söhbət sabiq xarici işlər naziri Ara Ayvazyanın Zəngəzur dəhlizi layihəsinə qarşı münasibətindən gedir. Rəsmi dövlət vəzifələrindən qovulmasına baxmayaraq Ara burnunu ona dəxli olmayan işlərə soxur, hər yerə qatı millətçilik toxumu səpməyə çalışır.

. Xəbər verilir ki, “Sahar” telekanalına danışan Ayvazyan deyib ki, bu layihə təkcə nəqliyyat marşrutu deyil, bölgədə geosiyasi balansı dəyişdirməyə yönəlib. O, hələ də qəbul edə bilmir ki, Ermənistan başının milçəyini qoruya bilmir, bölgədə balansı dəyişdirmək xülyadır . Daşnak əqidəli başabəla diplomat qonşu ölkələrə düşmən gözü ilə baxır. Dərisi beş qəpiyə dəyməyən Ara millətlərarası münasibətləri qızışdırmağın ustasıdır. O, qondarma və kiçik Ermənistanı Cənubi Qafqaz ölkələrinə qarşı qoymağın, onlardan ərazi qoparmağın tərəfdarlarından biridir. Bu taktika çoxdan köhnəlib və daha işə yaramır. Görün daşnak necə başından böyük danışır: “Bu kiçik regionda müxtəlif ölkələrin maraqları toqquşur. Hər kəsə aydındır ki, Zəngəzur dəhlizinin yaradılması ideyasının arxasında daha genişmiqyaslı planlar dayanır. Əgər bu layihə həyata keçsə və Azərbaycanla Türkiyənin sonrakı planları davam etsə, Ermənistan üçün fəlakətli nəticələr olacaq”.

Bu, yalnız fərsiz diplomatın sərsəmləməsidir. Ara Ayvazyan iddia edib ki, guya erməni toplumu Ermənistan sərhədi boyunca nəzərdə tutulan bu dəhlizə qarşıdır və onun reallaşması bölgədə yeni gərginliklər yaradacaq. Yəni, karın könlündəki. Göründüyü kimi, bu yaramaz tip xalqın adından necə yalanlar uydurur. Təəccüblüdür ki, qanı zəhərli daşnaklar həmişə  mövcud olmayan “gərginliklər” axtarır və onu sadə ermənilərin beyinlərinə pərçimləyirlər. Özü də həmin gərginliklərin mənbəyini daim sülhsevər Azərbaycanda və Türkiyədə “tapırlar.” Bunların qəribəlikləri ondadır ki, ərazilərində yaşamağa yer vermiş bu iki türk ölkəsinə qarşı çıxırlar. Abdallıqda ata-babalarının arxalarına beş təpik vurmuş Ara və onun kimi nankorlar qətiyyən anlamaq istəmirlər ki, hazırda Türkiyədə yetmiş min nəfərdən artıq erməni yaşayır. Orada onlar əsasən ticarət və bizneslə məşğul olur, zəngin həyat sürürlər. Hətta onlar adalarda xüsusi dəbdəbəli mülklərə sahibdirlər. Ancaq erməni iş adamlarını incidən, fəaliyyətinə mane olan, milli mənsubiyyətinə görə sıxışdıran bircə nəfər də vəzifəli türk yoxdur.

Zəngəzur dəhlizi digər ölkələrdən daha çox kasıb və cırtdan Ermənistana lazımdır. Bu nəqliyyat qovşağı Ermənistanın gələcək inkişafı demək olsa da sağalmaz “erməni xəstəliyi”nə yoluxanlar bu mərəzi özlərindən uzaqlaşdırıb əsl reallığı görə bilmirlər. Aranın cəmiyyətə sırımaq istədiyi uydurma və qarabasmaları isə ideoloji əsasları olmayan ağzıgöyçəklikdən başqa heç nə deyil. “Real Ermənistan” ideyası ətrafında birləşmiş dövlət rəhbərliyindəkilər  daşnak Aranın sayıqlamalarını dəlinin ağlına gələn gicbəsərlikləri kimi qəbul edirlər. Əgər o, qiymətli siyasətçi olsaydı etimad göstərilib dövlətdə hər  hansı bir vəzifəyə təyin olunardı. Ancaq onun fəaliyyəti Ermənistanın inkişafının əleyhinə yönəldiyi üçün lazımsız əski parçası kimi bir kənara atılıb.

Vəli İlyasov, “İki sahil”