01 avqust 2025 08:16
113

Donald Tramp yeni idxal rüsumlarını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə yeni idxal rüsumlarını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, yeni qərara əsasən idxal rüsumları ölkədən asılı olaraq 15-41 faiz arası dəyişir. Gömrük sisteminin işini qura bilməsi üçün qərarın icrası avqustun 7-dək təxirə salınıb.

Əksər Avropa ölkələrinə 15 faiz rüsum tətbiq edildiyi halda, Serbiya üçün rüsum 35 faiz, İsveçrə üçün 39 faiz müəyyən edilib. Ən ciddi artımla isə Suriya üzləşib: 41 faiz.