01 avqust 2025 23:45
133

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə özəl şirkətə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

“İki sahil” Türkiyə KİV-inə istinadla xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.

Hadisə nəticəsində pilot və ekipajın daha bir üzvü isə ağır yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi məlum deyil.