01 avqust 2025 14:03
127

Ukrayna Milli Bankı: Ölkədə ərzaq qiymətləri Aİ-dəki qiymətlərlə bərabərləşib

Son illərdə Ukraynada ərzaq qiymətləri demək olar ki, Aİ-də ərzaq qiymətlərinə bərabər olub və bəzi maddələr üzrə daha yüksək olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının inflyasiya ilə bağlı hesabatında qeyd edilib.

"2016-cı ildən bəri Ukraynada ərzaq məhsullarının avroda qiymətləri 79%, Aİ ölkələrində isə 46% artıb", - deyə, məlumatda qeyd edilib.

Eyni zamanda, məsələn, Ukraynada kərə yağının qiymətləri orta Avropa səviyyəsindən yüksəkdir (xüsusən də Polşa ilə müqayisədə 20-25%). Ukrayna Milli Bankı bunu istehsalın baha olması və Aİ ölkələrində kənd təsərrüfatı istehsalçılarına əhəmiyyətli dövlət dəstəyi ilə izah edib.