02 avqust 2025 17:53
114

Haaland: Heç vaxt dünya çempionu ola bilməyəcəyik

Norveç millisinin və "Mançester Siti"nin futbolçusu Erlinq Haaland qarşıdan gələn dünya çempionatı haqda danışıb.

“İki sahil” xəbər verir ki, o, Norveç yığmasının dünya kubokunu qazanmaq şanslarını belə dəyərləndirib: "Bu suala cavab vermək lazım deyil. Amma Norveç heç vaxt dünya çempionu ola bilməyəcək. Əgər final mərhələsinə vəsiqə qazansaq, bu, qələbə kimi olacaq. Osloda inanılmaz bayram keçiriləcək. Demək istəmirəm ki, bizim dünya çempionu olmaq şansımız 0,5 faizdir".

Qeyd edək ki, DÇ-2026-ya  ABŞ, Kanada və Meksika ev sahibi edəcək. Bu turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.