02 avqust 2025 18:26
103

Qazaxıstanda nəqliyyat nazirinin müavini saxlanılıb

Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablaliyev saxlanılıb.

“İki sahil” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, məlumatı şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Lakin saxlanılmanın səbəbləri hələlik açıqlanmayıb.

Bu arada internetdə 78 min dollar rüşvət alınması və mümkün qeyri-qanuni himayə də daxil olmaqla, təsdiqlənməmiş versiyalar yayılır.

Korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti saxlanılma ilə bağlı məlumatı nə təsdiq edə bilib, nə də təkzib.