02 avqust 2025 22:15
97

Bərdədə ərzaq mağazasının anbarı yanıb

Bərdə rayonunun Qaraqoyunlu kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli ərzaq mağazasının anbarının tavanı 25 m² sahədə və 1 ədəd qapısı yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.