03 avqust 2025 11:11
114

Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.

Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.