04 avqust 2025 02:20
92

Rusiya ordusu Zaporojyedə mülki insanları atəşə tutub, 3 nəfər həlak olub

Rusiya hərbçiləri Zaporojye vilayətinin Stepnoqorsk yaşayış məntəqəsini atəşə tutub. Hücum nəticəsində 3 mülki şəxs həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, mülki insanlara hücum edilib.

"Zərbələr nəticəsində 3 nəfər - 50 və 40 yaşlı kişi, 58 yaşlı qadın həlak olub", - deyə o əlavə edib.