04 avqust 2025 09:54
122

39 yaşlı David Luiz bu kluba keçdi

Braziliyalı müdafiəçi David Luizin yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 39 yaşlı futbolçu Kipr "Pafos"una keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, David Luiz karyerası ərzində "Arsenal", "Çelsi", PSJ-nin də formasını geyinib.